• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

AXCP Müsavatla savaşı dayandırdı

  • Nida.az
  • 22 Yanvar 2014 10:01
  • 426 Baxış
AXCP Müsavatla savaşı dayandırdı

AXCP Müsavatla qarşılıqlı ittihamları dayandırdığını açıqlayıb.Publika.Az xəbər verir ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, artıq bir mərhələ başa çatdı. Onun fikrincə, iqtidarın Müsavat Partiyasını Milli Şuradan ayırmaqla MŞ-nı iflasa uğratmaq cəhdi alınmadı: “Bu prosesi Rüstəm İbrahimbəyov, Cəmil Həsənli başda olmaqla, ölkənin tanınmış ziyalıları, MŞ üzvləri və AXCP qınadı. Demək olar ki, demokratik düşərgə bu məsələdə siyasi yetkinlik və təqdir olunası birlik nümayiş etdirdi.

Bu mərhələdə prinsipiallıq göstərərək hakimiyyətin Müsavat vasitəsi ilə həyata keçirdiyi oyunları açıq və bir mənalı tənqid edən bütün dəyərli ziyalılarımıza, siyasətçilər və yazarlara təşəkkür edirik”.

F. Qəhrəmanlı qeyd edib ki, artıq bu məsələyə diqqət ayırmağa gərək yoxdur, cəmiyyət hər şeyi bildi. Onun sözlərinə görə, indi irəliyə baxmaq gərəkdir.“Bizim hədəfimiz iqtidardır. AXCP olaraq biz 2014-cü ildə təşkilatımızı gücləndirmək və bu rejimə qarşı mübarizəni daha da genişləndirmək üçün fəaliyyət planı qəbul etmişik. Bütün güc və potensiyalımızla ölkəmizin bu hakimiyyətdən azad olunması yönündə mübarizəni davam etdirəcəyik”-deyə F. Qəhrəmanlı vurğulayıb.

Qeyd edək ki, Müsavat Partiyası ilə Milli Şuradan ayrıldıqdan sonra AXCP onlarla ittiham savaşına başlamışdı. Müsavat isə ittihamlarla bağlı marotorium qoymuşdu.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR