Dağlıq Qarabağ münaqişəsindən Afrikada danışılacaq
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağ münaqişəsindən Afrikada danışılacaq

Şimali Afrika, Sahara və Sahel bölgələrində təhlükəsizlikdə problemlər və təhlükəsizlik baxımından həssas ərazilərin genişlənməsi" adlı V forumda Afrikada təhlükəsizlik problemləri, ərazi münaqişələri və Yaxın Şərqdə baş verən proseslərin Şimali Afrika öl

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov və məsləhətçi eksperti Kamal Qasımov Mərakeş Strateji Araşdırmalar Mərkəzi və Afrika Strateji Araşdırmalar Federasiyasının təşkil etdiyi V beynəlxalq təhlükəsizlik forumda çıxış etmək üçün 24-25 yanvar 2013-cü il tarixlərində Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcək.

Publika.Az –a bu barədə SAM-ın mətbuat xidmətindən məlumata verilib.

Məlumata görə, "Şimali Afrika, Sahara və Sahel bölgələrində təhlükəsizlikdə problemlər və təhlükəsizlik baxımından həssas ərazilərin genişlənməsi" adlı V forumda Afrikada təhlükəsizlik problemləri, ərazi münaqişələri və Yaxın Şərqdə baş verən proseslərin Şimali Afrika ölkələrinin təhlükəsizliyinə təsiri mövzularının müzakirəsi planlaşdırılır.

Forumda Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov "Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə və təhlükəsizliyə təhdid kimi" mövzusunda çıxış edəcək.

Forumdan sonra, 25 yanvar 2013-cü il tarixində SAM və Mərakeş Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm