Fazil Mustafa Ollanda görüşənləri “məktəb şagirdi” adlandırdı
Bizi izləyin

Nida.az

Fazil Mustafa Ollanda görüşənləri “məktəb şagirdi” adlandırdı

Fazil Mustafa Ollanda görüşənləri “məktəb şagirdi” adlandırdı

“Biz Fransa səfirliyinin mövqeyini dəfələrlə tənqid etdiyimiz üçün Ollandla görüşə bizi dəvət etmədilər”.

Bu barədə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Publika.Az-a açıqlamasında Azərbaycanda rəsmi səfərdə olan Fransa prezidenti Fransua Ollandın Fransanın Azərbaycandakı səfirliyinin binasında bir sıra müxalifət partiyalarının rəhbərləri ilə görüşməsinə münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edib ki, onlar Fransanın ermənipərəsət mövqeyini, Fransada Azərbaycana qarşı təxribatları dəfələrlə dilə gətiriblər: “Buna görə də çalışırlar ki, bizi bu proseslərdən kənarda saxlasınlar. Bunu normal qarşılayırıq. Çünki biz ermənilərə dəstək verən qüvvələrlə bir yerdə ola bilmərik. Fransa prezidentinə də o qədər böyük dəyər vermirəm. Ona görə ki, Fransa hökuməti “erməni soyqırımı” ilə bağlı mövqeyini hələ də dəyişməyib. Əslində antiazərbaycan mövqeyinə görə, onunla görüşməyə dəyməz”.

F. Mustafa Ollandın ümumiyyətlə parlament müxalifətinin heç biri ilə görüşməməsini belə izah edib: “Burda söhbət təsəllidən gedir. Kiminsə başına sığallamaqla real müxalifət olmur ki. Real müxalifət auditoriyanın genişliyi ilə, sözün kəsərliliyi ilə ölçülür. Ora dəvət edilənlərin hansının Azərbaycanda geniş auditoriyası var, hansının ciddi kitabı, əsəri var. Bunları boş məsələlər hesab edirəm”.

Millət vəkili qeyd edib ki, hüquq müdafiəçiləri arasındakı seçim də belədir.

“Kim xarici kəşfiyyatla bağlıdır, onu şişirdirlər, qaldırırlar. Gələn görüşlərə də dəvət edirlər ki, “sən böyük adamsan”. Amma sonra baxırlar ki, mahiyyətcə cəmiyyətə təsir edən 5 adamın yanında sözü keçməyən adamdır. Bu da belədir. Fransa prezidenti məktəb şagirdi kimi 4-5 nəfəri yığıb fikirlərini öyrənir, şikayətlərini dinləyir. Məni dəfələrlə səfirliklərdə görüşlərə dəvət ediblər. Amma mən 4-5 nəfərin birgə qatıldığı görüşlərdən imtina etmişəm. çünki biz məktəb şagirdi deyilik. Ölkənin prezidenti dəyər verirsə, ayrıca müxalifət partiyası ilə görüşsün, vəziyyəti müzakirə etsin. Hökumətin qorxusundan bunu edə bilərlər? Bu görüş sadəcə olaraq geri qayıdanda müxalifətlə də görüşdük deyərək dəftərə quş qoymaq kimi bir şeydir. Bir aydan sonra bunun nəticəsini görəcəyik. Ümumiyyətlə belə bir görüşdən əsər-əlamət qalmayacaq. Yaxud onlar Azərbaycanda demokratik vəziyyətlə bağlı heç bir fikir səsləndirməyəcək. Qeyd edib ki, bütün bunlara görə mənim məktəb şagirdi kimi mənasız şeyləri dinləməyə həvəsim yoxdur”-deyə BQP sədri vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm