Erkin Qədirli bu sözlərə görə başqanlıqdan kənarlaşdırılıb - Açıqlama
Bizi izləyin

Nida.az

Erkin Qədirli bu sözlərə görə başqanlıqdan kənarlaşdırılıb - Açıqlama

“Erkin Qədirlinin avtoritarizm haqda dedikləri REAL-da etiraza səbəb oldu. Çünki belə bir məsələ bizim heç bir proqramımızda əksini tapmayıb”.

Bu barədə REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli Erkin Qədirlinin Məclis başqanlığından kənarlaşdırılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu fikirlərini geri götürməklə bağlı ona şifahi xəbərdarlıq edilmişdi:

“Təkzib üçün məqalə ilə çıxış etməli idi. Amma çıxış etmədi. Ona görə də kollektiv şəkildə belə qərar verildi. Bu məsələ həftələrlə hərəkatda müzakirə olundu, Erkin bəy açıqlamalarını düzəltmədiyi üçün qərar verildi. Amma o, REAL-dan heç yerə getmir, İdarə Heyətinin üzvü olaraq qalır. Özü bu qərarı normal qarşıladı və etirazının olmadığını bildirdi”.

N. Cəfərli əlavə edib ki, onlar Azərbaycanın siyasi tarixində ilk dəfə belə bir demokratik qərar veriblər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm