“Əli Kərimli Milli Şurada uşaq oyunu oynayır”
Bizi izləyin

Nida.az

“Əli Kərimli Milli Şurada uşaq oyunu oynayır”

“Əli Kərimli Milli Şurada uşaq oyunu oynayır”

“Əli Kərimli Milli Şurada uşaq oyunu oynayır. Ancaq öz dediklərini etmək istəyir”.

Bu barədə Milli Şuranın sonuncu sessiyasında qurumdan istefa verən KXCP üzvü, hüquqşünas Akif Hüseynov Publika.Az-a açıqlamasında deyib.

Lakin o, istefasını geri götürdüyünü, hazırda Milli Şurada təmsil olunduğunu açıqlayıb.

Bildirib ki, bu qərarı KXCP-nin İdarə Heyəti qəbul edib: “Partiya qurumda qaldığı üçün qərarımı dəyişdirdim. Amma Milli Şurada AXCP-nin nə istədiyi də fakt olaraq qalır. AXCP Elçibəydən sonra bu cür siyasəti zaman-zaman həyata keçirir”.

A. Hüseynov qeyd edib ki, Əli Kərimli bundan sonra yaxın ətrafının Milli Şuraya üzv yazılmasına çalışsa, onlar birdəfəlik qurumdan çıxacaqlar.

“Nüfuzumuza xələl gəlsə belə, geri addım atmaq bizim üçün problem deyil. Milli Şura hazırda fəaliyyətini normal davam etdirir. Əgər bundan sonra Əli Kərimli nəsə etməsə, qurum uğur əldə edə bilər”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm