• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

YAP avropalıları ittiham edən müxalifətə cavab verdi

  • Nida.az
  • 22 Yanvar 2014 10:58
  • 710 Baxış
YAP avropalıları ittiham edən müxalifətə cavab verdi

“Kim onların fikirlərini bölüşmür, həmin şəxsləri anti-demokrat qüvvələr kimi təqdim edirlər. Baxmayaraq ki, özləri mövqelərini tez-tez dəyişirlər”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.Az -a açıqlamasında müxalifət partiyalarının Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Debone Qrexi anti-demokrat, hökumətin mövqeyindən çıxış etməkdə ittiham edərək etiraz etmələrinə münasibət bildirərkən deyib. A. Mirzəzadə qeyd edib ki, müxalifətin sosial bazası yoxdur: “Həm də demokratiyanın inkişafına heç bir töhfə vermirlər: “Yalnız başqalarını ittiham etmək onların fəaliyyətinin əsas qayəsinə çevrilib. Digər tərəfdən unutmaq lazım deyil ki, hər bir siyasi qüvvə öz fəaliyyətində sərbəstdir. Çox qəribədir ki, hansısa siyasi nə mövqeyindən çıxış edəcəyini kimlərləsə, ilk növbədə radikal müxalifət rəhbərləri ilə məsləhətləşməməlidir. Necə mövqe sərgiləyərək deyə onlardan soruşmalı idilər?!”.

A. Mirzəzadə bu mövqeyin doğru olmadığını, anti-demokratik yanaşma olduğunu bildirib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR