YAP-dan “Human Rights Watch”un hesabatına sərt reaksiya
Bizi izləyin

Nida.az

YAP-dan “Human Rights Watch”un hesabatına sərt reaksiya

YAP-dan “Human Rights Watch”un hesabatına sərt reaksiya

“Bu təşkilat Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış edir. 20 ildir onların hesabatında Azərbaycan əleyhinə materiallar dərc olunur”.

Bu barədə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az-a açıqlamasında “Human Rights Watch” təşkilatının Azərbaycanda insan haqları ilə bağlı hesabatına münasibət bildirərkən deyib. S. Novruzov qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Ölkəmiz Avropa Şurasının üzvüdür və buna görə bizdə siyasi məhbus ola da bilməz. Kimsə həbs olunubsa, məhkəmənin qərarından narazıdırsa, yuxarı instansiyalara müraciət etsin, daha sonra Avropa Məhkəməsinə üz tutsun. Heç kim buna maneə yaratmayıb. Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra Avropada belə rəy ola bilməz. Çünki insan hüquqlarına nəzarət məsələsinə Avropa Məhkəməsi və komissiyaları baxır”.

S. Novruzov əlavə edib ki, bu məsələ ilə bağlı hansısa QHT-nin danışması, hesabat hazırlaması mənasızdır.
Qeyd edək ki, “Human Rights Watch” təşkilatı Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın Avropa Şurasının öhdəliklərini yerinə yetirmədiyi, son iki ildə hökumətin 38 siyasi fəal, jurnalist, blogger və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürdüyü və onların əksəriyyətinin həbsdə olduğu qeyd olunur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm