Rəsul Quliyev: “Elçibəy mənə heç nəyi gizlətmədən hər şeyi danışıb”
Bizi izləyin

Nida.az

Rəsul Quliyev: “Elçibəy mənə heç nəyi gizlətmədən hər şeyi danışıb”

Sizin köhnə və ya yeni mərhələdə nəsə konkret bir iş görəcəyinizə heç kim inanmır və bədbəxtlik ondadır ki, siz özünüz də inanmırsınız” deyə xitab edib.

Sabiq spiker Rəsul Quliyev AXCP və Müsavatı yenidən ittiham edib, onları Elçibəyə qarşı çıxmaqda günahlandırıb.

Publika.Az xəbər verir ki, R. Quliyev bildirib ki, ölkə daxilində 20 ildir yaradılan müxtəlif adlı Milli Şuraların (SİDSUH, Azadlıq Bloku, İctimai Palata) yalançı bəyanatları, hökumətə cüzi müqavimət belə göstərə bilməməsi müxalifəti tam gözdən salıb. Onun sözlərinə görə, Azərbaycan adını Obama ildə bir dəfə eşitsə, böyük şeydir: “Heç Con Kerri də kvartalda bir dəfə Azərbaycan haqqında eşidə, ya eşitməyə. Bu Milli Şuraların bəyanatlarını oxuyanın olmadığını müxalifətə anlatmaq çox çətindir”.

R. Quliyev AXCP-Müsavat qarşıdurmasından danışarkən AXCP-nin deyil, Müsavatın tərəfində dayandığını gizlətməyib. Bildirib ki, onun Müsavat Partiyasının liderlərinə münasibətinin neqativ olduğu bəllidir: “Ancaq onlara qarşı belə geniş cəbhədə müharibə elan etmək, böhtan və yalan xarakterli materiallar vermək, ən azı mənəviyyatsızlıqdır. Xüsusilə, Əbülfəz Elçibəylə əlaqədar yalan materialların getməsi onun ruhuna xəyanət deyilmi? Elçibəy rəhmətə getməmişdən öncə mənimlə Vaşinqtonda görüşüb və bir neçə saat söhbət etmişik. Onun köməkçisi təsdiq edə bilər. O, mənə kimin özünü necə apardığını çox ətraflı danışıb, heç bir şey gizlətmədən. Bu belə də olmalı idi, çünki biz həm də dost idik. Mən bunları heç vaxt dilə gətirmirəm. Birincisi ona görə ki, rəhmətliklə söhbət konfidensial idi. İkincisi, cənablar, siz 20 ildə hökumətə toplam bu qədər hücum etməmişdiniz, nəinki bu iki ayda bir-birinizə. Azərbaycanda real müxalifətin yaranması və həqiqətən, ölkənin yeni mərhələyə qədəm qoymasını istəyirsinizsə, səhnəni boşaldın, yeni qüvvələrin formalaşmasına mane olmayın”.

R. Quliyev hər iki partiyaya “Sizin köhnə və ya yeni mərhələdə nəsə konkret bir iş görəcəyinizə heç kim inanmır və bədbəxtlik ondadır ki, siz özünüz də inanmırsınız” deyə xitab edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm