İsa Qəmbər “itmiş məktubun” əvəzini çıxdı
Bizi izləyin

Nida.az

İsa Qəmbər “itmiş məktubun” əvəzini çıxdı

İsa Qəmbər “itmiş məktubun” əvəzini çıxdı

AŞPA nümayəndə heyətinin Azərbaycana növbəti səfər proqramını tərtib edən şəxslər Müsavat Partiyası və digər müxalifət partiyalarının rəhbərliyinə Azərbaycan üzrə həmməruzəçilər Pedro Aqramunt Fon de Mora və Cozef Debono Qrexlə görüş təklif ediblər.

Lakin Müsavat bu görüşdən imtina edib. Partiyadan Publika.Az-a verilən məlumata görə, Müsavat Partiyasından adları qeyd olunan həmməruzəçilər fəaliyyətdə olduqları dövrdə Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməməsinə, ölkədə demokratiyanın və azadlıqların boğulmasına laqeyd yanaşdıqlarına, xüsusilə siyasi məhbuslar və seçkilərlə bağlı hakimiyyətin mövqeyini təkrar edən yanlış fikirlər səsləndirdiklərinə görə Müsavat Partiyası indiki halda həmməruzəçilərlə görüşü məqsədəuyğun hesab etmir.

Partiya qeyd edib ki, AŞPA həmməruzəçiləri Azərbaycanda real həqiqəti əks etdirən mövqe sərgilədikdən sonra Müsavat Partiyası bu qərarına yenidən baxa bilər.

Qeyd edək ki, bu ilin yanvar ayında da eyni proses yaşanmışdı. Lakin o zaman buna səbəb məktub idi. Belə ki, adıçəkilən məruzəçilər yanvarın 21-də Bakıda müxalifət təmsilçiləri ilə görüşünə qatılmayan Müsavat bunu dəvət üçün məktubun onlara çatmadığı ilə əsaslandırdı. Həmin vaxt partiyanın beynəlxalq əlaqələr üzrə məsul şəxsi Yeganə Hacıyeva Milli Şuraya görə Müsavatdan istefa vermişdi. Məktubun məhz onun tərəfindən yolda itirildiyi ehtimal olunurdu.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm