Prezident 2 sərəncam imzaladı
Bizi izləyin

Nida.az

Prezident 2 sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi və Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasını möhkəmləndirməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi və Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasını möhkəmləndirməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd olunur ki, hər il iyun ayının 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı kimi qeyd edilsin. Dövlət başçısının digər sərəncamı ilə "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi ilə əlaqədar, "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli sərəncamı ləğv edilib.

Digər sərəncamda isə qeyd edilir ki, "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına 1,0 (bir) milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm