• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Atəşkəs 4 istiqamətdə pozuldu

  • Nida.az
  • 15 May 2014 09:40
  • 502 Baxış
Atəşkəs 4 istiqamətdə pozuldu

Erməni silahlıları 4 istiqamətdə atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Ağdam rayonunun Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR