• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Siyavuş Novruzov: “Müsavat qurultayını açıq havada da keçirə bilər”

  • Nida.az
  • 15 May 2014 13:43
  • 1 013 Baxış
Siyavuş Novruzov: “Müsavat qurultayını açıq havada da keçirə bilər”

“Müsavatın iki ildən çoxdur ki, yer məsələsini bəhanə gətirərək qurultay keçirtmir. Əslində onlar bundan şou yaradırlar”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az-a açıqlamasında Müsavatın Partiyasının qurultayın vaxtının uzatmasına münasibət bildirərkən deyib.
S. Novruzov bildirib ki, istənilən təşkilat istənilən yeri icarəyə götürüb tədbirini keçirdə bilər: “Misal üçün, YAP qurultayının “Buta Palace”də keçirtdi. Bu özəl müəssisədir, müqavilə bağladıq, pulunu ödəyib qurultayımızı keçirtdik. Onlar da istənilən yeri pulunu ödəmək şərti ilə icarəyə götürüb qurultaylarının keçirdə bilərlər. Bakı Şəhər İcra Hakimiyyətindən yer istəyirlər, amma onların sərəncamında elə bir yer yoxdur. Mədəniyyət və Turizm Nazirliyinin sərəncamında olan teatrların da öz proqramları, tamaşaları var. Buna görə heç bir qurum onlara yer vermək borcunda deyil”.

YAP rəsmisi qeyd edib ki, Müsavatın yer istəməsi sosial düşüncəsi ilə davranmaqdır: “Bolşevik düşüncəsi ilə “bizə yer verin” deyirlər. yer istənilən qədərdir, öz mülkiyyətlə, yaxud otellərində birində müqavilə bağlayın, qurultayınızı keçirdin”.

S. Novruzov onu da bildirib ki, Müsavat qurultayını açıq havada da keçirdə bilər. O, Ümid Partiyasının onlara nümunə göstərib.

“Ümid Partiyası qurultayını həyətyanı sahədə açıq havada keçirtdi. İndi hava da yaxşıdır, qurultaylarını açıq havada da keçirdə bilərlər. Yaxud istənilən yerlə müqavilə bağlaya bilərlər. Sadəcə olaraq qurultay keçirtmək istəmirlər, vəssalam. Buna görə də müxtəlif bəhanələr gətirirlər”- deyə YAP rəsmisi bildirib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR