Karapetyanın ŞOK PLANI: “Bakını işğal edək və hər şey...”
Bizi izləyin

Nida.az

Karapetyanın ŞOK PLANI: “Bakını işğal edək və hər şey...”

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma “DQR”-in “özünümüdafiə güclərinin birinci komandiri” Arkadi Karapetyan erməniləri Bakıya hücuma çağırıb.

Publika.az
xəbər verir ki, absurd planlar gündəmə gətirən Karapetyan müharibəyə başlamağın vaxtının çatdığını deyib.

“Mən təklif edirəm ki, Bakını işğal edək və hər şey bitsin”, - deyə separatçı bildirib.

O, İrəvanın danışıqlardan çəkilməsini və hücuma keçməsini istəyir: “Əgər danışıqlar masasında otururuqsa, deməli biz zəifik”.

Qeyd edək ki, son vaxtlar danışıqlardan yayınan Ermənistanda müharibə ritorikası güclənib. Serj Sarkisyan da artıq absurd şərtlərlə çıxış edir. Ekspertlər hesab edirlər ki, Ermənistanda müharibə ritorikası, Azərbaycana qarşı hücum çağırışlarının arxasında əslində Sarkisyan dayanır. O, bununla ermənilər arasında nüfuzunu artırmağı düşünür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm