Hacı Şahin Həsənli şeyxin yerinə keçməsi xəbərindən danışdı
Bizi izləyin

Nida.az

Hacı Şahin Həsənli şeyxin yerinə keçməsi xəbərindən danışdı

Hacı Şahin Həsənli şeyxin yerinə keçməsi xəbərindən danışdı

“QMİ-də sədr seçimi qurumun öz səlahiyyətlərinə aid olan məsələdir. Mən heç vaxt bu quruma sədr olmaq düşüncəsində olmamışam”.

Bu barədə “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli Publika.Az-a açıqlamasında QMİ sədri Allahşükür Paşazadənin yerinə onun gətirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Ş. Həsənli qeyd edib ki, şeyxin səhhətində elə bir problem yoxdur: “Bir neçə gün öncə konfrans keçirildi, şeyxin özü də orda iştirak edirdi. QMİ-də rəhbər dəyişikliyi kimi məsələ gündəmdə deyil. Mənim də heç vaxt belə bir fikrim olmayıb”.

Ona qarşı yayılan kompramantların bu məsələ ilə bağlı olmasına gəlincə, Ş. Həsənli bildirib ki, bu kompramantlar radikal dini cərəyanlar tərəfindən aparılır.

“radikal dini cərəyanlara qarşı tutduğumuz mövqeyə görə, onlar belə kompramantlar aparırlar. Ümumiyyətlə, Azərbaycanda dini mühiti təsir dairəsinə almaq istəyən dövlətlər var. Görünür, bizi özlərinə maneə görürlər. Ona görə də nüfuzumuza xələl gətirəcək məsələləri qabardıb mətbuata ötürürlər”-deyə axund bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm