Nida.az
Arif Hacılıdan meriyaya cavab: “Bu, qanuna ziddir”
“Başı Şəhər İcra Hakimiyyətinin mitinqlə bağlı cavabı “Sərbəst toplaşmaq azadlığı haqda” qanuna zidd cavabdır”.
Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.Az-a açıqlamasında BŞİH-nin müxalifətin mayın 18-nə təyin etdiyi mitinqə yox cavabı verməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, “Sərbəst toplaşmaq azadlığı haqda” qanunda kütləvi aksiyaların hansısa təşkilatlar tərəfindən təşkil olunması kimi bir tələb yoxdur: “İstənilən vətəndaş, vətəndaş qrupları, ayrı-ayrı şəxslər kütləvi aksiyalar keçirə bilər. Bunun üçün də yalnız kütləvi aksiyanın təşkilatçılarının 5 nəfəri haqda ətraflı məlumatın təqdim olunması, mitinqin yeri vaxtı, şüarları barədə məlumat verilməsi tələb olunur. Biz bütün tələbələrə əməl etmişik”.
A. Hacılı qeyd edib ki, iqtidar Avropa Şurası və beynəlxalq birlik qarşısında üzərində götürdüyü öhdəlikləri yerinə yetirmir: “Bu konstitusiya hüququnun pozulmasıdır. Bu günlərdə prezident Azərbaycanda sərbəst toplaşmaq azadlıqlarına heç bir maneənin olmadığını bəyan etdi. Amma bununla bununla belə meriya “Sərbəst toplaşmaq azadlığı haqda” qanunu pozaraq hətta kompramist yer kimi müəyyənləşdirilən “Məhsul” stadionunda da mitinqin keçirilməsinə icazə vermədi”.
Müxalifətin mitinqi icazəsi keçirmək istəyində olub-olmamasına
gəlincə, A. Hacılı qeyd edib ki, bu müzakirə olunacaq, qərarlar
haqda da müzakirələrdən sonra açıqlamalar veriləcək.
Asif
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ