Xarici işlər naziri: "Ermənistan işğalçı dövlətdir"
Bizi izləyin

Nida.az

Xarici işlər naziri: "Ermənistan işğalçı dövlətdir"

Xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.

Xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.

Xarici İşlər Nazirlinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı Finlandiya naziri Azərbaycan nazirinin səfərinin iki ölkə arasında münasibətlərin inkişafında önəmli rol oynadığını qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Finlandiya arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirmiş, bunun üçün biznes forumların təşkilinin və iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacib olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda qarşı tərəfə ətraflı məlumat verib və Azərbaycanın münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu qeyd edib. Həmçinin o, BMT TŞ-nin münaqişənin həlli ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfindən onların icra olunmadığını bildirib. Bu baxımdan Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyətin münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Həmçinin görüşdə Azərbaycanın Avropa Şurasında sədrliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və üçünçü ölkələrdə birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm