Nida.az
“Heç kim bizimlə tələb dilində danışa bilməz”- KXCP və ACP-dən AMİP-ə cavab
Milli Şura və bu quruma alternativ rolunda yer alan Demokratik Qüvvələrin Birliyində (DQB) eyni anda təmsil olunan KXCP və Azad Demokratlar Partiyası (keçmiş ACP) seçim qarşısında qalıb.
Birliyin əsas təşəbbüskarı olan AMİP sədri Yusif Bağırzadə bu partiyalara çağırış edərək “ya Milli Şura, ya da DQB” arasında seçim etmələrini istəyib.
Qeyd edək ki, belə bir seçim Milli Şura və DQB üçün vacibdir. Bu
seçimdə kim qalib gəlsə o bir addım önə keçə bilər. Bununla yanaşı,
seçim etməli olan partiyalara da bu təsirsiz ötüşməyəcək.
KXCP sədri Mirmahmud Mirəlioğlu Publika.Az -a açıqlamasında bildirib ki, heç
kəs onlarla tələb dilində danışa bilməz: “Bu məsələni müzakirə edib
uyğun qərar qəbul edəcəyik. Mənə elə gəlir ki, heç kəs bir-biri ilə
tələb ilində danışa bilməz, danışmamalıdır. Hər şey qarşılıqlı
anlaşma ilə həll olunmalıdır”.
M. Mirəlioğlu qeyd edib ki, onlar seçimlərini özləri edirlər.
“Biz öz seçimimizi özümüz edirik. Dostlarımız, bu günki
müttəfiqlərimiz bu və ya digər məsələləri ortalığa qoyacaqlarsa,
təbii ki, bu mətbuat vasitəsilə deyil, birgə müzakirə ilə
olacaq”-deyə partiya sədri bildirib.
Azad Demokratlar Partiyasının təşkilat komitəsinin sədri (keçmiş
ACP sədri-red) Sülhəddin Əkbər isə Publika.Az –a bildirib ki, bu mövzu hazırda
onlar üçün aktual deyil: “Biz nə Milli Şura, nə də DQB ilə bağlı
müzakirələr aparmışıq. Seçkidə birgə iştirakımız da hələlik
müzakirə olunmayıb. Hər şeyə yalnız müzakirələrdən sonra qərar
vermək olar. Hazırda əsas gücümüzü partiyamızın təşkilatlanması,
təsis qurultayının keçirilməsinə yönəltdiyimiz üçün bu məsələ
aktual deyil”.
Asif
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ