Ziya Səmədzadə: "Büdcə kəsiri 1-2 faiz həddindədir"
Bizi izləyin

Nida.az

Ziya Səmədzadə: "Büdcə kəsiri 1-2 faiz həddindədir"

Milli Məclis cari məsələləri müzakirə etməzdən əvvəl “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsini müzakirə edib.

Publika.az-ın xəbərinə görə, bu haqda deputatlara Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziya Səmədzadə məlumat verib.

O deyib ki, büdcə hazırlanarkən, makro və mikro iqtisadi proseslər nəzərə alınıb: “Maliyyə Nazirliyinin və Hesablama Palatasının hazırladığı materiallar ildən-ilə professionallaşır. Son 10 ildə ÜDM 3,4 dəfə artıb. Son 5 ildə Azərbaycana 80 milyarddan artıq investisiya qoyulub. Dünyada işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda iqtisadi inkişafın baş verməsi, siyasi sabitlik aparılan siyasətin məntiqindən irəli gəlir. 2013-cü ildə ÜDM məhsul 73 milyard dollar təşkil edib. Adambaşına düşən ÜDM 7,8 min dollar təşkil edir. ÜDM görə, ölkəmiz MDB qabaqcıl yer tutur. Dövlət büdcəsi isə ilk dəfə olaraq 25 milyardı ötür. Büdcədən Neft Fondundan daxil olan maliyyəni çıxmaqla vegi daxilolmaları büdcədə 81,8 faiz təşkil edilib. Dövlət Gömrük Komitəsinin xətti ilə nəzərdə tutulan proqnozlar yerinə yetirilib. Dövlət büdcəsinə olan borclar məsələsində də irəliləyişlər müşahidə edilir. 2013-cü ilin büdcəsinin formalaşmasında regionların rolu artıb. Yerlərdə yaradılan sahibkarlıq mühiti, müəssisələrin yaranması səbəbindən bu sahədə irəliləyişlər müşahidə olunub. Demək olar ki, bütün rayonlarda görülən işlər təhlil edilir və bundan sonra cənab prezident ehtiyat fondundan vəsait ayrılır. Azərbaycan dövlət büdcəsinin icrasından danışarkən cari xərclərdən danışmaq olduqca vacibdir. Məktəblərin, səhiyyə ocaqlarının təmiri qurtardıqdan sonra bu vəsaitlər də real sektora istiqamətləndiriləcək. Biz əsaslı xərclərlə cari xərclər arasında nisbəti bərabərləşdirək. 2013-cü ildə əldə olunan iqtisadi nəticələr dünyanın əksər iqtisadi qurumları və reytin agentlikləri tərəfindən qeydə alınır".

Komitə sədri deyib ki, qloballaşan dünyada dövlətin rolu dəyişir. Heç bir dövlət borc almadan yaşaya bilməz.

"Biz borcları almışıq və artıq bu sahədə də irəliləyiş var. Borclanma ildən-ilə azalır. Avropa ölkələrinin borclanması ümumdaxili məhsula görə 90 faizdən az deyil, bizdə isə bu 7-8 faiz həddindədir. Sosial göstəricilərin bütün parametrləri üzrə dinamika var. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin hesabatına baxanda adam sevinir. Nə qədər insana köməklik göstərilib".

Büdcə kəsiri haqqında danışan Ziya Səmədzadə bildirib ki, il ərzində proseslərin dəyişməsi, müəyyən mənada xərclərin yerinə yetirməsində gərginlik yaransa da, bütövlükdə büdcə kəsirinin 1-2 faiz həddində saxlanılması yüksək göstəricidir. Avropa bu sahədə batır: "Hesab edirəm ki, 3-4 ildən sonra ÜDM 100 milyardı ötəcək, büdcə 30-35 milyarda çatacaq. Bu siyasətin arxasında Azərbaycanın daha irəliyə aparılması durur. Hesab edirəm ki, dövlət büdcəsinin icrasını yüksək qiymətləndirmək lazımdır".

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm