Hesablama Palatasının sədri: “1165 layihə icra edilib”
Bizi izləyin

Nida.az

Hesablama Palatasının sədri: “1165 layihə icra edilib”

Hesablama Palatasının sədri: “Bu vəsait hesabına 1165 layihə icra edilib”

“Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 6,9 milyard manat vəsait qoyulub. Bu vəsait hesabına 1165 layihə icra edilib. Bunlardan 78,3 faizi keçid layihələrin, yəni başlanmış layihələrin sona çatdırılmasına yönəlib”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü plenar iclasında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O, çıxışında bildirib ki, 2013-cü il dövlət büdcəsi zamanı Azərbaycanda iqtisadi inkişafa nail olunub.

“Hesablama Palatası tərəfindən hazırlanan rəy dövlət büdcəsinin gəlir və xərcləri üzrə təhlilləri əks etdirir. Ötən il cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə 5,8 real inkişaf tempinə nail olunmuş, adambaşına düşən ÜDM təxminən 8 min dollar yaxın olub. Qeyri-neft sektoru üzrə 10 faiz artım olub. Azərbaycanın iqtisadi inkişaf tempində sabitlik əldə olunub. 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 337, 3 milyon manat və yaxud 1,7 faiz artıq icra olunub. Vergi daxilolmaları 77,8 %-dən 109,8%-ə, qeyri-vergi daxilolmaları isə icra 58, 1 %-dən, 272 %-ə çatdırılıb. Daxilolmaların səviyyəsinə uyğun olaraq dövlət büdcəsinin xərcləri əvvəlki illərə nisbətən 1,7 milyard manat və yaxud 9,9 % çox icra edilib. Dövlət büdcə xərclərinin 48 %-ini cari xərclər təşkil edir. Əsaslı xərclər isə dövlət büdcəsinin 48,2 %-ini təşkil edir. Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 6,9 milyard manat vəsait qoyulub. Bu vəsait hesabına 1165 layihə icra edilib. Bunlardan 78,3 faizi keçid layihələrin, yəni başlanmış layihələrin sona çatdırılmasına yönəlib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 90,7 %-i proqram məqsədli investisiya layhələridir. Dövlət borclarına və öhdəliklərə ümumi xərclərin 3,8 faizi məbləğində vəsait ynəldilib. Beynəlxalq maliyyə kredit təşkilatları ilə imzalanmış kredit sazişlərinin ümumi məbləği 368,7 milyon manat olub. Bu isə təsdiq olunan limitin 49,2 faizdir. Xarici dövlət borcunun artım tempi dövlət büdcə xərlərinin artım tempindən 2 dəfə az olub".

Hesablama palatasının sədri sonda büdcəninnuğurla icra olunduğunu bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm