İlham Əliyev Norveç Kralını təbrik etdi
Bizi izləyin

Nida.az

İlham Əliyev Norveç Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haraldaya təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haraldaya təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

"Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Norveç arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm