• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Elmar Məmmədyarov Anqolanın dövlət katibi ilə görüşüb

  • Nida.az
  • 16 May 2014 20:15
  • 490 Baxış
Elmar Məmmədyarov Anqolanın dövlət katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Anqolanın xarici əlaqələr nazirliyinin beynəlxalq münasibətlər üzrə dövlət katibi səfir Manuel Dominqoş Aquştonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın Afrika qitəsi ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, Azərbaycan ilə Anqola arasında siyasi, iqtisadi, ticarət və enerji kimi sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb. Nazir iki ölkə arasında təhsil və müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərin hazırlanması sahəsində də əməkdaşlığın mümkünlüyünü qeyd edib.

M.D.Aquşto ölkəsinin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələr üzrə təcrübə mübadiləsinin aparılmasına önəm verdiyini deyərək, Azərbaycanın hələ Sovet İttifaqı dönəmində Anqoladan olan mütəxəssislərin hazırlanmasında yaxından iştirak etdiyini və hazırda ADA Universitetində Anqoladan olan tələbələrin təhsil aldığını bildirib.

Görüş əsnasında iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR