Nida.az
Rəsul Quliyevlə Cəlaloğlu arasında qalmaqal
“Rəsul Quliyevin müxalifətçilik məntiqini başa düşməkdə çətinlik çəkirəm. Rəsul Quliyevin bu açıqlaması mənə məğlub olan insanın psixoloji durumunu xatırladır”.
Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu telegraf.com-a müsahibəsində deyib. ADP sədri daha sonra əlavə edib: “Rəsul Quliyev 5-10 il əvvəlki adam deyil.
Onun açıqlamalarını, müsahibələrini diqqətlə oxusanız, çox şeyləri özünüz üçün ayırd edə bilərsiz. Rəsul Quliyev xəyal qırıqlığına uğradığı üçün belə açıqlamalar verir. Deyir ki, məqsədi Isa Qəmbəri, Əli Kərimlini siyasi lider kimi proseslərdən uzaqlaşdırmaqdır. Prezidentliyə iddialı olan birisi bütün enerjisini müxalifət liderlərinə qarşı yönəltməz. Məntiqlə onun məqsədi hakimiyyətə gəlmək olmalıdır, hakimiyyətə gəlmək istəyənlərə maneə yaratmaq yox. O, depressiyadadır və psixoz durumdadır”.
Rəsul Quliyev isə Teleqraf.com-a açıqlamasında bildirib ki, onun yaddaşında Sərdar Cəlaloğlu adlı şəxsiyyət yoxdur: “Belə bir şəxsiyyəti yaddaşımdan silib atmışam. Ona görə sizin mənə göndərdiyiniz linki açmadım və orada nə yazıldığından xəbərsizəm”.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO