Yanukoviç Kiyevdə iğtişaşlarda ölüm faktı üzrə istintaq aparmağı tapşırıb
Bizi izləyin

Nida.az

Yanukoviç Kiyevdə iğtişaşlarda ölüm faktı üzrə istintaq aparmağı tapşırıb

Ukrayna Prezidenti Viktor Yanukoviç Kiyevin Qruşevski küçəsində kütləvi iğtişaşlar zamanı ölüm faktları üzrə istintaq aparmağı tapşırıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, V.Yanukoviç hüquq-mühafizə orqanlarına ölkə qanunvericiliyinə uyğun olaraq iğtişaşlar zamanı ölüm faktları üzrə dəqiq istintaq aparmaq barədə göstəriş verib.Ukrayna Baş Prokurorluğu bu gün Kiyevin mərkəzində qarşıdurmalar zamanı iki etirazçının öldüyünü təsdiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm