Mustafa Krımoğlu: “Bir daha rus zülmü altında yaşamaq istəmirik”- Müsahibə - Özəl
Bizi izləyin

Nida.az

Mustafa Krımoğlu: “Bir daha rus zülmü altında yaşamaq istəmirik”- Müsahibə - Özəl

Mustafa Krımoğlu: “Bir daha rus zülmü altında yaşamaq istəmirik”- Müsahibə-Özəl

Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Krımoğlu Publika.Az-a müsahibəsində Krıma buraxılmamağı, Ukraynada son durum, Krımın işğaldan azad edilməsi istiqamətində atılan addımlardan danışıb.

- Mustafa bəy, hazırda hardasınız, öz torpağınız Krıma buraxılmamanız barədə nə düşünürsünüz?


- Mənim Krıma buraxılmamağım görünməmiş ədalətsizlikdir. Necə ola bilər ki, bir insanı öz Vətəninə qoymurlar. Mən hazırda Kiyevdəyəm və gözləyirəm. 18 maydan sonra mövcud durumla bağlı yeni dəyişikliklərin ola biləcəyini düşünürəm.


- Sizin Krıma buraxılmamanıza Krıma tatarlarının reaksiyası necədir?


- Bu haqsızlıq Krım tatarları arasında böyük narazılıq yaradıb. Əgər belə davam edəcəksə, Krım tatarları ayağa qalxacaq.

- Amma 18 mayda nəzərdə tutulan mitinq-yürüşə icazə verilmədi.


- Krım tatarları paytaxtın mərkəzində mitinq keçirmək istəyirdilər, amma Rusiyanın Krımdakı hakimiyyəti buna icazə vermədi. Bu bir daha hüquq pozuntusu deməkdir.


- Krımın azad olunmasını yaxın zamanda gözləmək mümkündürmü?


- Bunun üçün var gücümüzlə çalışırıq. Lakin vaxta ehtiyac var. Rusiyanın bizim torpağımızda nə qədər qalacağı bəlli deyil. Bu, birbaşa beynəlxalq hüququn prinsiplərinə həqarətdir. Əgər tədbirlər görülməyəcəksə, o zaman bundan sonra dünyada nizamın necə qorunacağı sual altındadır.


- Rusiya işğalından sonra tatarların Krımdan qrup halında köç etdiyi deyilir. Bu doğrudurmu?


- Bəziləri rus zülmündən qurtulmaq üçün Ukraynanın müxtəlif bölgələrinə sığınıblar. Lakin bu kütləvi deyil. Gedənlər də bir gün geri qayıdacaq.

- Kiyevdə olduğunuzu deyirsiniz. Ukrayna hökuməti Krımla bağlı nə düşünür?


- Ukrayna Krımı işğaldan qurtarmaq üçün tədbirlər görməyə çalışır. Amma Ukraynanın özü o qədər çətin vəziyyətdədir ki, bunu təkbaşına etməsi çətindir. Təəssüf ki, yaxın zamanlarda nəsə etmək mümkün olmayacaq. Ukraynaya bu işdə Qərb ölkələrindən, dünya ictimaiyyətindən kömək istəyir, bu kömək edilməlidir.


- Hazırda Krımda durum necədir, Rusiya işğaldan sonra hansı addımları atır?


- Rusiya bizim torpağı işğal etdi. Lakin hazırda Krım tatarlarının idarəçiliyinə saxlamağa çətinlik çəkir. Bunun üçün Moskva müxtəlif yollar arayır ki, bura təzyiqdən tutmuş müxtəlif yollarla tatarları öz tərəfinə çəkmək daxildir. Bu gün Krımda tatarlar bütöv halda mübarizə aparırlar, amma Kreml təcili sürətdə tatarları parçalamaq siyasəti yürüdür. Bunun üçün də Rusiya ərazisində yaşayan tatarların bura gətirilməsi istiqamətdə işə başlayıb. İlk olaraq Kazan tatarlarından istifadə edəcəklər. Amma bizim mübarizəmizi belə şeylərlə qıra bilməyəcəklər. Biz, tatarlar son qədər mübarizəmizi aparacağıq. Bir daha rus zülmünün altında yaşamaq istəmirik.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm