III Dünya müharibəsi qapımızda: Vanqanın dəhşətli xəbərdarlığı - Video
Bizi izləyin

Nida.az

III Dünya müharibəsi qapımızda: Vanqanın dəhşətli xəbərdarlığı - Video

III Dünya müharibəsi qapımızda: Vanqanın dəhşətli xəbərdarlığı-Video

“Savaş “ilk baharda” Şərqdən başlayacaq. III Dünya savaşının başlaması “ABŞ və İsrailin dəstəkləməsi”, Suriyanın tamamilə yıxılması ilə olacaq”.

Publika.Az xəbər verir ki, məşhur öncəgörən Vanqa III dünya müharibəsinin başlaması ilə bağlı verdiyi proqnoz özünü doğrultmaqdadır. Rusiyanın məşhur NTV telekanalının bir müddət öncə hazırladığı videosüjetdə Vanqanın 2011-ci il və sonrakı dövr üçün dedikləri həqiqətə çevrilir. Artıq bir neçə prosesin baş verdiyini demək mümkündür.


Vanqa deyirdi: “2011-ci ildə dünya dəyişir, Şərqdə kimyəvi yağışlar yağır və bütün heyvanlar ölür”.


2011-ci il: Gündoğar ölkə Yaponiyada zəlzələ və sunami baş verdi, nəticədə “Fukisama” AES-in bir neçə blokunun sıradan çıxması kimyəvi zəhərləmə ilə nəticələndi. Nəticələr o qədər də bədbin olmasa da, Şərqdə vanqanın dedikləri baş vermişdi.


Vanqa: “İlk baharda” Şərqdə savaş başlayacaq, kimyəvi silahlar istifadə ediləcək. 3-cü dünya savaşı başlayacaq”.

2011-ci ildə “Ərəb baharı” adı verilən proses Şərqi bürüdü. Bir çox hakimiyyətlər yıxıldı, dövlətlər iqtisadi zərərlər gördü, lokal müharibələrə səbəb oldu. Lakin əsl müharibə üç il öncə Suriyada başladı. İlk olaraq Əsədə qarşı müxalifətin vuruşması ilə başlanan daxili müharibədə beynəlxalq güclərin fikir ayrılığı Əsəd rejimin hakimiyyətdən getməsinə mane oldu. Daha sonra Suriya “cihad müharibəsi” müstəvisinə keçdi.


Vanqa: Dünyanın incə ipinin qopması Suriyanın yıxılması ilə başlayacaq”.
Savaşın kimin qazanacağına sualına Vanqa “Savaşı iki tərəf də qazanmayacaq, savaşı başqa tərəf qazanacaq” deyir.

Həqiqətən bu gün Suriyada tərəflərdən heç biri müharibəni uda bilmir, burda daha çox silah mafiyaları qazanc əldə edir. Qazanan üçüncü tərəfin kim olacağı hələ bəlli deyil.

Vanqaya görə Suriyadan sonra üçüncü dünya savaşı başlayacaq. Bura Ukraynanı da əlavə etsək, mövcud durum kritikdir. Dünyada Suriya böhranından sonra ən təsirli böhran Ukrayna oldu. Hazırda Ukrayna beynəlxalq aləmdə yeni mərhələnin başlanması üçün fitil rolunu oynamaq üzrədir. Və daha sonra...


Vanqa hesab edir ki, bu müharibədən Rusiya az təsir görəcək.
“Rusiyanın təsir görməməsi maraqlıdır. III Dünya müharibəsindən sonra, 2016-cı ildə Avropa boş və soyuq olacaq, yaşamaq mümkün olmayacaq”.

Bunun baş verməsi yaxın perspektivdə çətin görünür. Lakin Ukraynadan sonra Kremlin qaz rıçaqını işə salması Avropanı, xüsusilə də “Köhnə Qitə”nin Şərq hissəsini soyutmaqdadır.


Qeyd edək ki, Vanqanın bir çox öncəgörməsi reallaşıb. Vanqa fenomenininin tədqiqatçısı professor Rozanov belə olaylardan 7 minini toplayıb. Ancaq hamıya tanış olan bir neçə məşhur öngörüm və bu deyimləri yozan tədqiqatçıların, həmçinin şahidlərin açıqlamalarından nümunələrlə Vanqanın qabiliyyəti barədə kifayət qədər təsəvvür oyatmaq mümkündür.

1942-ci ildə Vanqa Bolqar çarı Borisə deyir: “Sənin hakimiyyətin genişlənəcək. Ancaq özünü 28 avqust tarixli günə hazırla”.

28 avqust 1943-cü ildə Bolqar çarı Boris ölür.

1968-i ilin yanvar ayında Vanqa deyir: “Praqanı xatırlayın. Praqa tezliklə akvariuma dönəcək, sərsəmlər burada balıq tutacaqlar. Bəli, bəli, məhz belə də olacaq”.

1968-ci ilin avqustunda Sovet qoşunları Çexoslovakiyaya girdi.
1989-cu ildə Vanqa xəbərdarlıq edir: “Qorxu, qorxu! Amerikalı əkiz qardaşlar onlara tuşlanmış dəmir quşların təsirindən yıxılacaqlar. Günahsız insan qanı axacaq”.

2001-ci ildə terrorçuların təyyarələrlə hücumundan sonra Amerikada Dünya Ticarət Mərkəzinin “əkiz bina”sı dağılır, xeyli günahsız insan tələf olur.

90-cı ilin əvvəlində Rusiyada siyasi çəkişmələr dövründə Vanqa deyir: “Hamı elə bilir ki, onun Rusiyada mövqeləri hələ güclüdür. Ancaq hakimiyyətə ən az səs toplayanlardan biri gələcək”.

Həqiqətən, bir neçə aydan sonra heç kimin gözləmədiyi halda Rusiyada hakimiyyətə Boris Yeltsin gəlir.
1980-ci ildə Vanqa atom qorxusundan bəhs edir: “Kiyev yaxınlığında böyük bir partlayış olacaq. İnsanlar bu partlayışdan illərlə əziyyət çəkəcəklər”.

Bir neçə il sonra bütün dünyanı dəhşətə gətirən Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi.
Bu öngörümdən sonra isə çoxları qoca görücünün ağlını itirdiyini düşünürdülər: “Əsrin axırında, ya 1999, ya da 2000-ci ildə Kursk su altında qalacaq və bütün dünya ona matəm tutacaq”.

Bəli, insanlar Kursk kimi bir şəhərin su altında qalacağı barədə deyilənə bir az da istehza ilə yanaşmışdılar. Ancaq düz 20 il sonra Rusiyanın “Kursk” atom sualtı gəmisi həqiqətən su altında qaldı.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm