“Çünki Rusiya təcavüzkar və işğalçı tərəfdir”- Qarşılıqlı bəyanatlar
Bizi izləyin

Nida.az

“Çünki Rusiya təcavüzkar və işğalçı tərəfdir”- Qarşılıqlı bəyanatlar

Bu sözləri Gürcüstan xarici işlər naziri Maya Pancikidze Rusiya-Gürcüstan münasibətlərinin perspektivi ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanatını şərh edərkən deyib.

“Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil. Hələ ki, Gürcüstan ərazisinin iyirmi faizi işğal edilib və Moskva iki gürcü regionunun müstəqilliyini tanıyır”.

Publika.Az –ın “Qruziya on-layn” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstan xarici işlər naziri Maya Pancikidze Rusiya-Gürcüstan münasibətlərinin perspektivi ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanatını şərh edərkən deyib.

Rusiya xarici işlər naziri qeyd edib ki, regiondakı yeni reallıqların Tiflis tərəfindən nəzərə alınmaması Moskva-Tiflis münasibətlərinin bərpasına mane olur.

Bəyanatı şərh edən M.Pancikidze “Biz Rusiya ilə normal münasibətlərin yalnız “qırmızı xətlər” və prinsiplərə əməl olunması şəraitində bərpasını istəyir. Hansı ki, bunlar Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyidir. Rusiya Federasiyası ilə münasibətlərin normallaşmasında bu prinsiplər pozulmamalıdır”, - deyib. Gürcüstanın xarici işlər nazirliyi bir daha Rusiya ilə münasibətlərin yaxşılaşması üçün rəsmi Tiflisin şərtlərini açıqlayıb: Rusiya gürcü regionlarının müstəqilliyini tanımaqdan imtina etməlidir.

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili də S.Lavrovun bəyanatını şərh edib. “Yeni reallıqlar ondan ibarətdir ki, Rusiya artıq sülh proseslərinə qoşula bilməz. Çünki Rusiya təcavüzkar və işğalçı tərəfdir. Mən gürcü regionlarının müstəqilliyini tanıma qərarından imtina etməyincə diplomatik münasibətlərin bərpasını istisna edirəm”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm