Nida.az
Şimalda məxfi əməliyyat: Rusiya pasportları yığılır - Son məlumat
Azərbaycanın Rusiyam ilə sərhəd bölgəsində genişmiqyaslı əməliyyatlara başlanılıb.
Məlumatlara görə, “Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir. Əməliyyat xeyli gizli saxlanılır.
Azərbaycan DİN-i bununla bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcəyini bildirib.
Publika.Az isə yerli mənbələrdən əməliyyatla bağlı maraqlı məlumatlar əldə edib.
Mənbə bildirir ki, bu əməliyyat ənənəvi xarakter daşıyır. Əməliyyat Xaçmaz, Qusar və Quba, həmçinin Zaqatala-Balakən bölgəsini əhatə edir: “Sərhəd Qoşunları gücləndirilmiş iş rejimində işləyir. Sərhədin qarşı tərəfində eyni əməliyyatlar Rusiya tərəfindən də aparılır. Sərhədə yaxın ərazilərdə postlar qurulub.
Yerli polis bölmələri də əməliyyata cəlb edilib”. Məlumata görə,
belə əməliyyatlar zamanı çox sayda saxlanılanlar olur. Mənbə
əməliyyatın nəyə qarşı aparıldığını da bildirib.
1. Narkotiklərin qanunsuz dövriyyəsinin aşkarlanması.
2. Qaçaqmalçılıq.
3. Radikal dini cərəyanlara qarşı.
4. Qeyri-qanuni silahların yığılması.
5. Pasport qeydiyyatının yoxlanılması.
Həmçinin transmilli cinayətkarlığın digər növlərinə qarşı.
Qeyd edək ki, pasport qeydiyyatının yoxlanılması xüsusilə diqqət
çəkir. Çünki bu, belə əməliyyatlara xas olmayan hadisədir. Mənbə
bunu bölgədə qeyri-qanuni rus pasportlarının yayılması ilə
əlaqələndirir.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK