Suriyaya azərbaycanlıların aparılmasında Sensasiya - VERSIYA
Bizi izləyin

Nida.az

Suriyaya azərbaycanlıların aparılmasında Sensasiya - VERSIYA

Suriyaya azərbaycanlıların aparılmasında növbəti iz - Sensasion versiya

Üç il öncə Suriyada başlayan daxili müharibə Azərbaycan üçün xarici məsələ idi. O zamana qədər ki, azərbaycanlılar da “din uğrunda cihad” deyib bu torpaqlara döyüşə getməmişdi. Daha sonra Suriya müharibəsində öldürülən azərbaycanlıların cəsədi gəlməsə də adları bir-bir gəlməyə başladı və artıq bu həm də Azərbaycanın daxili məsələsinə çevrildi. Hələ o zamandan əsas sual vətəndaşlarımızı Suriyaya kimin aparması idi. Buna nə rəsmi cavab verilib, nə də hər-hansı açıqlaması var.


Buna rəğmən Suriyada döyüşən vətəndaşlarımızın taleyi, onların sayı, hansı cəbhələrdə döyüşməsi də qaranlıq olaraq qalır. Bu barədə bəzi məlumatlar verilsə də, dəqiqliyi sual altındadır. Təkcə bir nəfərin verdiyi məlumatdan başqa. Söhbət konfliktoloq Arif Yunusdan gedir. A. Yunus dəfələrlə Suriyadakı azərbaycanlıların sayı, öldürülənlər haqda dəqiqliyə daha yaxın informasiyaları mətbuata açıqlayıb. Sonuncu dəfə isə Suriyada 2, Əfqanıstanda isə 3 azərbaycanlı qadının vuruşduğunu açıqladı.

“Əfqanıstanda 3 azərbaycanlı qadının olması dəqiqdir, Suriyada isə ikisinin olmasının dəqiq bilirəm. Üçüncüsünün də olduğunu deyirlər, amma hələ dəqiqləşdirməmişəm. Ona görə deyə bilmərəm” deyə o bildirmişdi.

Publika.Az-ın müxbiri ilə söhbətində isə sələfilərlə (xüsusilə də radikalları ilə) öz ofisində tez-tez görüşdüyünü, Suriyadakı hadisələr və digər məsələlərlə bağlı müzakirələr apardığını demişdi (bu mediada ilk dəfə açıqlanır - red).



Bu günlərdə virtualaz.org saytında yer alan məqalədə maraqlı bir iddia irəli sürülür. Sayt belə yazır: “Yunusun öz ölkəsində yerləşən təşkilatının ofisi bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları rezidentlərinin oylağına çevrilmişdi. Burada daha kimlər yox idi ki?! Almaniya səfirliyinin əməkdaşı Jasper Vik, amerikalılar Nikolas və Put Danilofflar, ABŞ səfirliyinin əməkdaşı Devid Kreyk, Vaşinqtondan gələn emissar Maykl Oks, ispaniyalı Luis Qarsiya...”.



Yuxarıda deyilənlərin bir-biri ilə əlaqəsi olması sual doğura bilər. Əslində bunlar arasındakı rabitə bizdə də sual doğururdu. Lakin Publika.az-a daxil olan bir məlumat müəyyən versiyalar üzərində düşünməyə vadar etdi.
“Azərbaycanın Şimal bölgəsində olan xəvvaricilər (bunlar sələfilərin radikal qanadıdır, Suriyadakı cihadı dəstəkləyirlər, həmçinin Suriyaya gedən döyüşlərə qatılanlar da onlardır-red) tez-tez Arif adlı bir şəxsdən danışırlar. O, Bakıdadır və dindarlar onun ofisində tez-tez olurlar”.


Bu məlumat A. Yunusun dedikləri ilə uyğun gəlsə də, məlumatı dəqiqləşdirməyənə qədər gözlədik. Məlumatı verən mənbə Arifin soyadının öyrənmək üçün vaxt istədi. Və nəhayət soyad dəqiqləşdi. Arif Seyfulla oğlu Yunusov.

Arif Seyfulla oğlu Yunusov: 1955-ci ildə Bakıda anadan olub. Sovet Bakısının kosmopolit mühitində böyüyən A. Yunusun dini baxışları daha çox ateizmə yaxındır, nəinki radikal dindarlığa. Özü də dindən uzaq adam olduğunu deyir. Bəs onun cihadı dəstəkləyən radikal dindarlarla hansı bağlantısı ola bilər?


Hər kəsə aydındır ki, bu gün Suriyada baş verən “cihad” xarici kəşfiyyat tərəfindən “kənardan idarəolunan” prosesdir. Məhz buna görə də 3 il öncə müxalifətlə iqtidarın müharibəsi olaraq başlayan Suriya savaşı dini müstəviyə keçirildi və cihad adı altında müharibənin gedişi də dəyişdi. Bununla bağlı bir çox versiyalar da səsləndirilib. Misal üçün, ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper bir müddət əvvəl iddia etdi ki, Suriyada cihad edənlərə öz ölkələrinə qayıdıb döyüşmək üçün təlim keçilir. Onlar geri qayıdacaq və öz torpaqlarında “Suriya savaşı” başladacaq. Burda saytın iddiası ortaya çıxır. “Yunusun ofisində bir çox xarici kəşfiyyat nümayəndələri olur”. Bura A. Yunusun özünü dediyi sələfilərlə görüşün əlavə etsək, müəyyən bağlantının olduğu ehtimalı yaranır. Ən böyük ehtimal isə Suriyaya gedən azərbaycanlıların ora getməsində, yaxud da ən azı onların xarici kəşfiyyatla əlaqəsi və müəyyən ideoloji silahlandırılmasına Yunusun barmağının olmasıdır. Təbii ki, bu sadəcə ehtimaldır, amma bütün yolların ora apardığı da faktdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm