BAXCP-dən Morninqstara etiraz: “Özünü səfir kimi aparmır”
Bizi izləyin

Nida.az

BAXCP-dən Morninqstara etiraz: “Özünü səfir kimi aparmır”

BAXCP-dən Morninqstara etiraz: “Özünü səfir kimi aparmır”

“ABŞ səfirinin verdiyi açıqlama birbaşa beynəlxalq qanunlara o cümlədən “Diplomatik əlaqələr haqqında” qəbul olunmuş Vyana Konvensiyasının tələblərinin birbaşa pozulmasıdır”.

Bu barədə BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın qalmaqal yaradan müsahibəsində münasibət bildirərkən deyib.

Onun fikrincə, Morninqstar bütün diplomatik münasibətlərə ziyan gətirir: “Kim ona bu ixtiyarı verib? Özünü səfir kimi aparmır. Özünə hörmət edən səfər müstəqil ölkənin daxili işlərinə bu dərəcədə müdaxilə etməzdi. Azərbaycanın iç siyasətinə nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun, yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, “bu xalqa neçə yaşamağı öyrətməsi” haqqı yoxdur. Azərbaycan xalqı bu ixtiyarı heç bir ölkəyə verməyib. Müstəqil dövlətin öz siyasəti var. ABŞ-da başqa bir ölkənin səfirinin Morninqstar kimi danışmağına necə baxardılar? Məncə həmin səfiri ölkədən qovardılar. ABŞ 20 ildən artıqdır ki, Azərbaycanın milli məsələsi olan Dağlıq Qarabağ məsələsində ədalətsiz mövqeyi nümayiş etdirir. Qərb Azərbaycan xalqına nə təklif edir? “Madrid Prinsipləri” birbaşa ermənilərin xeyrinədir. Nə fərqi var ki, referendum neçə ildən sonra keçiriləcək? Biz 15 il deyirik, ermənilər 5 il sonra. Azərbaycan konstitusiyasına görə ərazimizin bir hissəsində referendum keçirilə bilməz. Budur da ABŞ Azərbaycana olan münasibəti”.

N. Orduxanlı bildirib ki, məhz ABŞ-ın mənasız siyasəti bu gün bizi məcbur edir ki, Qarabağ problemini həll edən bilən qonşu Rusiya ilə danışıqlar aparaq: “BAXCP olaraq biz bu təklifi irəli sürmüşük. Mənasız yerə ABŞ-la uzun-uzadı söhbətlər aparınca, Rusiya ilə dil tapmalıyıq. Hamı da bilir ki, Rusiya istəsə, tezliklə Qarabağ problemini həll edə bilər. Bəli, məhz Rusiya...”.

BAXCP sədrinin müavinin sözlərinə görə, səfir Azərbaycan dövlətini hədələməklə məşğuldur.

“Bütün dünya gördü ki, Ukraynada baş verən hadisələri ABŞ və Avropa Birliyi təşkil etdi. ABŞ xalqlara gətirdiyi inqilablar fəlakətlərə səbəb olur. Ukrayna artıq dağılıb. Ərazisinin bir çox hissəsini itirib. Hər gün sadə vətəndaşlar qətlə yetirilir. Bunun əvəzində ABŞ Ukraynaya nə verib? 5-10 rus məmuruna sanksiyadan başqa heç nə edə bilməyib. Edə də bilməz. Qorxusundan səsini belə çıxarda bilmir. Rusiyanın qarşısında aciz bir vəziyyətdə olan ABŞ kiçik dövlətlərdə “ağalıq” etmək niyyətdədir. Hələ səfir Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanacağından danışır. Və bu da birbaşa təhdiddir. Belə səfiri ölkədən qovarlar!”-deyə BAXCP rəsmisi bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm