“Əfqanlar nə terrorçudur, nə də fundamentalist” - Kabildən Bakıya dəvət
Bizi izləyin

Nida.az

“Əfqanlar nə terrorçudur, nə də fundamentalist” - Kabildən Bakıya dəvət

“Əfqanlar nə terrorçudur, nə də fundamentalist” - Kabildən Bakıya dəvət

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Məclisinin nümayəndə heyəti ilə görüşdüblər.

Milli Məclisin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə,
görüşdə nümayəndə heyətinin rəhbəri, Əfqanıstan parlamentinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının rəisi Nisar Ahmad Haress ölkəsində hökm sürən ictimai-siyasi vəziyyətdən, 30 illik müharibə nəticəsində əfqan xalqının düçar olduğu müsibətlərdən danışıb.

Bildirib ki, əfqanlar nə terrorçudur, nə fundamentalist, nə də narkotik daşıyıcısı: “Lakin kənar müdaxilə, bölgəyə yeridilən terrorçu qruplaşmalar Əfqanıstan hökumətinə böyük əngəl törədir. Bütün çətinliklərə baxmayaraq son 12 ildə parlament təsis olunub, əfqan qadınlar işləmək imkanı əldə edib. Hazırda Əfqanıstan parlamenti Kabildə konfrans keçirmək niyyətindədir və Azərbaycanın da bizi dəstəkləməsini istəyirik”.

Sonra Əfqanıstan XİN-in Parlamentlə əməkdaşlıq idarəsinin rəisi Baryalai Sabir Barya çıxış edərək bölgədəki problemlərdən söz açıb.

Komitə sədri Əli Hüseynli qonaqları əmin edib ki, öz haqqını qoruyan və ölkəsində əmin-amanlıq istəyən dost əfqan xalqının mənafeyi naminə başçılıq etdiyi komitənin üzvləri böyük məmnuniyyətlə Kabil konfransında iştirak edəcəklər.

Görüşdə komitənin sədr müavini Rövşən Rzayev və deputat Çingiz Qənizadə fikirlərini bölüşüblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm