“Ən zəif adamlardan da səviyyəsizdirlər” – REAL-dan müxalifətə ittiham
Bizi izləyin

Nida.az

“Ən zəif adamlardan da səviyyəsizdirlər” – REAL-dan müxalifətə ittiham

“Ən zəif adamlardan da səviyyəsizdirlər” – REAL- dan müxalifətə ittiham

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli xarici diplomatlarla görüşən müxalifətçilərin bəzilərinin “müxalifət” anlayışına ləkə gətirdiyini hesab edir.

Publika.Az xəbər verir ki, N. Cəfərli bildirib ki, bəzən o görüşlərdə olanlar YAP-ın ən zəif adamlarından belə səviyyəsiz olurlar.

“Lüzumsuz, adı olub, özü olmayan, illərdir fon partiyaları rolunu oynayan siyasi təşkilatların bəzi nümayəndələri ilə xarici diplomatlarla, qonaq rəsmi şəxslərlə, dövlət və hökumət nümayəndələri ilə görüşlərdən, onların bu görüşlərdə sərsəm-sərsəm danışıqlarından sonra, bəzən düşünürəm ki, o xaricilərin yerinə olsam, elə mən də bu hakimiyyəti dəstəkləyərdim. Vacib görüşlərə belə mənasız adamların dəvət olunması praktikasına son qoyulmalıdır, həm vaxt alırlar, həm də sərsəm danışıqları ilə “müxalifət” anlayışına ləkə gətirirlər”-deyə o qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm