Amerikalı həmsədr nəyə valeh oldu?
Bizi izləyin

Nida.az

Amerikalı həmsədr nəyə valeh oldu?

Dünən ATƏT-in cəbhə xəttindəki monitorinqi baş tutub. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Publika.Az ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə fotosunu paylaşıb və fotoşəkilə şərh yazıb:

“Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri dünən təmas xəttini birlikdə keçdik”.

O, həmçinin, ATƏT-in bayrağı ilə təmas xəttində çəkilmiş fotonu “valehedici” hesab edib.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm