Eldar İbrahimov Soma qurbanlarına 78 manat göndərdi - Siyahı
Bizi izləyin

Nida.az

Eldar İbrahimov Soma qurbanlarına 78 manat göndərdi - Siyahı

Milli Məclisin daha 3 deputatı Somaya yardım kampaniyasına qoşulub.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardım fonduna millət vəkili Adil Əliyev 780 AZN (1000 dollar), YAP-ın Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov 78 AZN (100 dollar) və Milli Məclisin digər üzvü Malik Həsənov isə 1000 AZN (1275 dollar) məbləğində vəsait köçürüb.

Qeyd edək ki, Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanıb. Kampaniya çərçivəsində son məlumata görə, 8025 AZN (11045 dollar) məbləğində vəsait yığılıb. Kampaniyaya Milli Məclisin bir neçə deputatı da qoşularaq Somaya yardım edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov yardım fonduna 500 AZN, Eldar Quliyev 1000 AZN, Ayaz Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN, Qənirə Paşayeva 1200 AZN pul köçürüb.

Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər. /Azvision.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm