Bayram Səfərov: "Ermənistanı bəyənməyən erməni Qarabağa köçərmi?"
Bizi izləyin

Nida.az

Bayram Səfərov: "Ermənistanı bəyənməyən erməni Qarabağa köçərmi?"

“Ermənidən artım olmaz” - Bayram Səfərovdan həmsədrlərin səfərinə maraqlı şərh

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov həmsədrlərin regiona səfərinə münasibət bildirib.

B.Səfərov Publika.Az-a açıqlamasında bunu normal qiymətləndirdiyini, sülh danışıqlarına xeyir verə biləcəyini açıqlayıb: “Danışıqlar lazımdır. Həmsədrlər də hər iki tərəfin fikirlərini öyrənməli, ümumi vəziyyətlə tanış olmalı, buna uyğun addımlar atmalıdır. Həmsədrlərin bir çox səfəri turist səfərinə oxşasa da, hesab edirəm ki, bu dəfəki səfəri müsbət nəticələr verəcək”.

B.Səfərov həmsədrlərin işğal olunmuş ərazilərdə əhali sayının az olması ilə bağlı dediklərinə münasibət bildirərkən qeyd edib ki, bu, təəccüblü deyil.

“Ermənilər bu torpaqda arta bilməz. Əhali Ermənistanı tərk edir. Nə üçün dağıdılmış ərazilərdə yaşamalıdırlar” -deyə o bildirib.

Qeyd edək ki, ATƏT-in rəsmi saytında yayılan məlumatda deyilir ki, Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri mandata uyğun olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətin müşahidə etmək məqsədi daşıyıb. Həmsədrlər həmçinin yerli infrastrukturun vəziyyəti ilə maraqlanıblar. İnfrastruktur normal olsa da, əhalinin sayının azlığı diqqət çəkib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm