“Bakı Vaşinqtona qarşı Kremllə ittifaqa girməyəcək”
Bizi izləyin

Nida.az

“Bakı Vaşinqtona qarşı Kremllə ittifaqa girməyəcək”

“Bakı Vaşinqtona qarşı Kremllə ittifaqa girməyəcək”

“Azərbaycan-ABŞ əlaqələrinin pisləşəcəyinə inanmıram. Bundan əvvəl də ABŞ rəsmi Bakını tənqid etmişdi, amma əlaqələr olduğu kimi qalırdı”.

Bu barədə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.Az-a açıqlamasında ABŞ səfirinin müsahibəsində hökumətin reaksiyası və bu səbəbdən münasibətlərin pisləşəcəyi haqda ehtimallara münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, əlaqələr əvvəlki kimi qalacaq: “Bu dəfə də ABŞ rəsmi Bakını tənqid edir, amma bütün gərginliyə baxmayaraq, əlaqələr yenə də qorunacaq. Mən münasibətlərin pisləşməsinə inanmıram”.

V. Quluzadə erməni siyasətçilərinin “Rusiya torpaqları Azərbaycana qaytarır” fikirlərini isə belə şərh edib.
“Rusiyanın siyasətində hələlik heç bir dəyişiklik yoxdur. Ermənilər düşünürlər ki, Azərbaycan Qərbin əleyhinə Rusiya ilə ittifaqa girəcək, Rusiya da əvəzində torpaqları qaytaracaq. Amma Bakı Vaşinqtona qarşı Rusiya ilə ittifaqa girməyəcək. Belə imkan görmürəm”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm