Milli Məclisin növbədənkənar sessiyasının vaxtı müəyyən olundu
Bizi izləyin

Nida.az

Milli Məclisin növbədənkənar sessiyasının vaxtı müəyyən olundu

Milli Məclisin növbədənkənar sessiyasının vaxtı bəlli olub. Belə ki, parlamentin yaz sessiyası öz işini başa vurandan sonra növbədənkənar sessiyası çağırılacaq. Parlamentin sonuncu iclası mayın 30-da baş tutacaq. Bundan sonra yaz sessiyasının vaxtı uzadılacaq.

Modern.az-a Milli Məclisdən verilən məlumata görə, növbədənkənar iclası iyun ayının 13-də baş tutacaq.

Qeyd edək ki, növbədənkənar sessiyanın çağırılması üçün parlament üzvlərinin 3-də ikisinin yazılı müraciəti tələb olunur. Artıq bununla bağlı deputatlar Milli Məclis sədri Oqtay Əsədova müraciət qəbul ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm