“Bu informasiyalar Qərb səfirliklərində hazırlanır”– casus şəbəkəsində kimlər var? – Şok
Bizi izləyin

Nida.az

“Bu informasiyalar Qərb səfirliklərində hazırlanır”– casus şəbəkəsində kimlər var? – Şok

“Bu informasiyalar Qərb səfirliklərində hazırlanır”– casus şəbəkəsində kimlər var? – Şok

“Azərbaycanda Rusiya əleyhinə informasiyalar Qərb ölkələrinin səfirliklərində hazırlanır”.

Bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Publika.Az-a açıqlamasında deyib.

Millət vəkili iddia edir ki, Azərbaycanın informasiya məkanına daxil olan əksər xəbərin mənbəyi ölkə daxilində deyil: “Burda kənar maraqlar kifayət qədər böyükdür və cəmiyyətin əhval-ruhiyyəsini dəyişmək, öz tərəfinə cəlb etmək, hansısa ölkənin maraqlarına indeksləşdirmək hakimdir. Onsuz da bu, dövlətlərin maraqlarının reallaşdırılması baxımından məqbul varianta çevrilib. Son dövrlər Azərbaycanda müxtəlif şayiələr hesabına Rusiya əleyhinə ölkəmizi təşkilatlandırmaq, bu qonşu ölkədən tamamilə qopartmaq mövqeli xəbərlər yayılmaqdadır. Tovuzdan Rusiya qoşunlarının ərazimizə daxil olacağı, Qarabağı tanıma qərarından sonra yeni status məsələlərinin meydana çıxacağı, Azərbaycanın işğalı ehtimalları, “5-ci kalon”un ünvanlaşdırılması və s. etiketlər birmənalı şəkildə bizim iradəmizdən kənar olaraq yayılır. Bəs mənbə haradır? Şübhəm yoxdur ki, onların böyük əksəriyyətini diplomatik korpusun binalarında müxtəlif adlar altında fəaliyyət göstərən şəxslər hazırlayır. Sonra bu resept onların maraq və mənafeyinin təəssübünü çəkənlərin hesabına ictimailəşir, dövriyyəyə çıxır və gündəmdə qalır”.

Z. Oruc ABŞ səfiri Riçard Morninqstarın son müsahibəsinə toxunaraq bildirib ki, diplomatın səsləndirdiyi tezislər ondan əvvəl müxalif mediada hakimiyyətə qarşı ağır informasiya artilleriyasında yer alırdı.
“Məsələn, hakimiyyətdə xüsusi qruplaşmalar, Qərbi sevənlər və əleyhdarları, rusofillər. Ölkənin içində iqtisadi xarakterli casus şəbəkələri, sırf təhlükəsizlik məlumatlarına bağlı kəşfiyyatçılar, müxtəlif örtüklər altında, QHT sektorunda bəzi humanitar qurumlar, hətta elmi sahəyə yeriyənlər pərdələnmiş casus fəaliyyəti aparırlar. Bu faktdır ki, Azərbaycanın informasiya məkanında kənar əllər var”, deyə Z. Oruc bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm