AŞPA həmməruzəçiləri Naxçıvana gediblər
Bizi izləyin

Nida.az

AŞPA həmməruzəçiləri Naxçıvana gediblər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Naxçıvan Muxtar Respublikasına (MR) səfər ediblər.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Naxçıvan Muxtar Respublikasına (MR) səfər ediblər.

Həmməruzəçilər yanvarın 22-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər.

Görüşdə V. Talıbov Azərbaycanın 2001-ci ildən AŞ-nin üzvü olduğunu xatırladaraq, ötən illər ərzində AŞ ilə sıx əməkdaşlıq qurulduğunu, qarşıya qoyulan öhdəliklərin yerinə yetirildiyini bildirib. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan MR-lə də AŞ arasında əlaqələrin mövcud olduğunu bildirən Ali Məclis sədri Avropa Yerli və Regional Hakimiyyətlər Konqresində Naxçıvan nümayəndə heyətinin təmsil olunduğunu diqqətə çatdırıb.

V. Talıbov MR-də AŞ qarşısında götürülən öhdəliklərin icrasının təmin edildiyini də bildirib.

Öz növbəsində, həmməruzəçilər Naxçıvana ilk dəfə səfər etdiklərini diqqətə çatdırıblar. Səfər çərçivəsində MR-də bir sıra görüşlər keçirəcəklərini bildirən qonaqlar əlaqələrin daha da genişlənməsi üçün potensialın olduğunu qeyd ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm