"Siz müəllimlərin andına inanırsınız?" – ÖZƏL
Bizi izləyin

Nida.az

"Siz müəllimlərin andına inanırsınız?" – ÖZƏL

"Siz müəllimlərin andına inanırsınız?" – ÖZƏL

Müəllimlərin etik davranış qaydaları”nın təsdiq edilməsindən sonra ölkədə müəllimlər işə qəbul olunarkən Azərbaycan Respublikası Konstitusiyasına and içəcəklər.

Milli Məclisin təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Teleqraf.com-a açıqlamasında bunun ancaq müəllimlərə xüsusi dövlət qulluqçusu statusunun verilməsindən sonra mümkün ola biləcəyini deyib: “Dövlət qulluqçusu müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə qulluğa qəbul edilərkən dövlətinə sadiq olacağına and içən vətəndaşdır. Müəllimlərin and içməyi o halda mümkündür ki, onlara bu status verilsin”.

Millət vəkili xatırladıb ki, müəllimlərin xüsusi dövlət qulluğuna keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı var və sərəncamda həmin statusları müəyyən edən parametrlər əks olunub: “Əvvəl sərəncamın yerinə yetirilməsi üçün üç ay vaxt verilmişdi, sonra bu müddət daha 3 ay uzadıldı. Üstündən 1 ildən artıq vaxt keçsə də, nəticə yoxdur. Hesab edirəm ki, müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verildikdən sonra andiçmə mərasimi keçirilə bilər. İndiki halda bu, inandırıcı deyil.

Tutalım, müəllim and içir ki, filan şeyləri etməyəcəm, siz inanırsız ki, etməyəcək? Müəllimin dövlət qulluqçusu statusu olsa, bu onun maddi təminatından, nüfuzundan tutmuş, pensiya təminatına qədər bütün statusunu əhatə edər, müəllim də bilər ki, and içməyinin müəyyən məsuliyyəti var. Təminat olacaqsa, andiçmənin də faydası olacaq”.

2011-ci il aprelin 20-də prezident İlham Əliyev sərəncam verib ki, 3 ay müddətində Nazirlər Kabinetində təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə bağlı konsepsiya layihəsi hazırlansın. Sərəncamdan xeyli müddət keçməsinə baxmayaraq, müəllim və həkimlərə bu status hələ də verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm