İsa Qəmbər təməlləri atır: Əli Kərimli çıxdaş edildi
Bizi izləyin

Nida.az

İsa Qəmbər təməlləri atır: Əli Kərimli çıxdaş edildi

İsa Qəmbər təməlləri atır: Əli Kərimli çıxdaş edildi

Müsavat başqanı İsa Qəmbər siyasətçiləri yenidən öz qərargahına toplayıb.

Publika.az xəbər verir ki, sabah Müsavat Partiyasının qərargahında Milli Strateji Düşüncə Mərkəzi “Qarabağ Böhran Masası” adlı tədbir keçiriləcək. Dağlıq Qarabağa həsr olunmuş toplantının sonunda ictimaiyyətə münaqişənin həlli ilə bağlı yeni sənəd də təqdim olunacaq.

Məsələ ilə bağlı Publika.az-a danışan Xalq Partiyasının sədri, mərkəzdə təmsil olunan sabiq baş nazir Pənah Hüseyn bildirib ki, Qarabağla bağlı sənəd əvvəldən hazırlanıb və toplantıda müzakirəyə veriləcək. Onun sözlərinə görə, müxtəlif siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, analitiklər bu toplantıda bir araya gəlib mövcud münaqişənin həlli istiqamətində fikir mübadiləsi aparacaqlar: “Hesab edirəm ki, bu, ölkə üçün əhəmiyyətli məsələdir. Bundan öncə Rusiya təhlükəsi məsələsini gündəmə gətirdik və xeyli diqqət cəlb etdi. Məhz həmin toplantıdan sonra belə qərar verildi ki, toplantılar “böhran masası” adlandırılsın və Azərbaycan üçün əhəmiyyətli məsələlər müzakirə edilsin, təkliflər irəli sürülsün”. Onun sözlərinə görə, bu toplantılara əlavə şəxslərin cəlb edilməsi prosesi də prioritetdir.

Qeyd edək ki, Düşüncə Mərkəzi İctimai Palatanın buraxılmasından sonra yaradılıb. Burda əsasən İsa Qəmbərə yaxın siyasətçilər toplaşır. Ehtimallara görə, Müsavat başqanı bununla gələcək birliyin ilkin təməllərini atmaqdadır. Mərkəzə Milli Şura və AXCP-dən heç kimin qatılmaması da bu ehtimal gücləndirir. Sabahkı toplantıya da AXCP-dən kiminsə qatılacağı gözlənilmir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm