Fazil Mustafa Nuri Paşaya görə tənqid etdi
Bizi izləyin

Nida.az

Fazil Mustafa Nuri Paşaya görə tənqid etdi

Fazil Mustafa Nuri Paşaya görə tənqid etdi

Böyük Quruluş Partiyası (BQP) Şəhidlər Xiyabanında Türk əsgərinin şərəfinə qoyulmuş abidəni ziyarət edəcək.

BQP sədri, millət vəkili Fazil Mustafa Publika.az-a bildirib ki, ziyarət bu həftənin bazar günü, saat 10.45-də olacaq.

“Xilaskar Türk əsgəri Azərbaycana mayın 20-dən sonrakı günlərdə gəldiyindən hər ilin 25 may tarixini ziyarət üçün məqbul bir gün olaraq seçmişik.

Biz azərbaycanlılar indi, əlbəttə, hamılıqla xatırlaya bilmirik ki, bizi 1918-ci ildə mart qırğınlarından sonra məhv olma təhlükəsindən Nuri Paşa və onun imanlı əsgərləri xilas ediblər. Öz xilaskarından halallıq almayan, ona ehtiram göstərməyən dövlətin və millətin hansı mənəvi dəyərləri uca tutduğunu müəyyənləşdirmək həmişə çətinlik yaradacaqdır.

Əlbəttə, bu ziyarəti anlayan, anlamayan, fərqi yoxdur, bütün millətimiz adından edəcəyik. Allah həqiqi milli qəhrəmanımız Nuri Paşaya və Qafqaz İslam Ordusunun bütün zabit və əsgərlərinə rəhmət etsin! Onların adını və haqqını uca tutan hər bir Azərbaycan insanından Allah razı olsun”, deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm