• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Elmar Məmmədyarov AŞ-nın Baş katibini qəbul edib

  • Nida.az
  • 22 May 2014 19:34
  • 406 Baxış
Elmar Məmmədyarov AŞ-nın Baş katibini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Torbyorn Yaqlandın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə nazir Azərbaycan ilə AŞ arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

ErmənistanAzərbaycan münaqişəsi barədə həmsöhbətinə ətraflı məlumat verən E.Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini vurğulayıb. Nazir Ermənistanın işğalçı siyasətinə son qoymayınca və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayınca regionda sabitlik və təhlükəsizliyin təhdid altında olacağını və qeyri-müəyyənliyin davam edəcəyini qeyd edərək, münaqişənin bu günədək həll olunmamasının regional inkişafa mane törətdiyini vurğulayıb.

Görüş zamanı Azərbaycan ilə AŞ arasında əməkdaşlıq, ölkəmizin AŞ-dəki sədrliyi müzakirə olunub və AŞ-nin gündəliyində duran aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR