Azay Quliyev: “İtirən Azərbaycan yox, AŞPA-nın özü olacaq”
Bizi izləyin

Nida.az

Azay Quliyev: “İtirən Azərbaycan yox, AŞPA-nın özü olacaq”

Azay Quliyev: “İtirən Azərbaycan yox, AŞPA-nın özü olacaq”

“Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanın işğalçılıq siyasətini pisləyən AŞPA-nın belə bir qərar verməsi təəssüf hissi doğurur və ədalətli hesab edilə bilməz”.

Publika.az xəbər verir ki, bu barədə millət vəkili Azay Quliyev “facebook” səhifəsində Bakıda AŞPA-nın Büro iclasında qurumun vitse-spikeri, fransalı Rene Rukenin Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərə görə ölkəmizə buraxılmaması müzakirəyə çıxarılması və təşkilatın iki il ərzində komitələrinin Azərbaycanda nəzərdə tutulan iclaslarını keçirməmək barədə qərar qəbul etməsinə münasibət bildirərkən deyib.

A. Quliyev bildirib ki, Azərbaycan BMT tərəfindən rəsmən tanınmış sərhədlərinin kiminsə kobud şəkildə pozmasına və hər hansı bir şəxsin öz ərazisinə qanunsuz olaraq daxil olmasına biganə qala bilməz və bu baxımdan bu cür sərhəd pozucularının cəzalandırılması və adlarının “qara siyahı”ya salınması təbii qarşılanmalıdır: “Belə bir addımın atılması Avropa Şurasının bütün üzv ölkələri kimi Azərbaycanın da suveren hüququdur və ilk dəfə deyil ki, ölkəmiz belə şəxslərlə bağlı prinsipial mövqe sərgiləyir. Bu yaxınlarda ATƏT Parlament Assambleyasının Almaniya və Fransadan olan bəzi deputatları da eyni qanunsuz hərəkətə yol verdiyindən qurumun gələn ay Bakıda keçiriləcək 23-cü sessiyasında iştirak etmək məqsədilə viza almaq tələblərinə rədd cavabı verilibdir.

Lakin AŞPA-dan fərqli olaraq ATƏT PA Bakıda keçirəcəyi tədbiri təxirə salmadı və uzun müzakirələrdən sonra Azərbaycanın haqlı tələbini qəbul etdi. Həmin deputatlar Azərbaycanın işğal olunmuş ərazilərinə etdikləri səfərin qanunsuz olduğunu etiraf etdilər və ölkəmizdən rəsmən üzr istədilər. Onların üzürxahlığı nəzərə alındı və sessiyada iştirak etmək üçün viza istəkləri təmin edildi. Belə bir qərarın qəbulundan həm Azərbaycan, həm də ATƏT PA qazandı. Təəssüf ki, AŞPA-nın bürosu bu cəsarəti nümayiş etdirə bilmədi. Ancaq heç kimin şübhəsi olmasın ki, Avropa Şurasına sədrlik etdiyi dövrdə xüsusi məqsədlərə hesablanmış belə bir qərarın qəbul edilməsindən Azərbaycan heç nə itirməyəcək. İtirən tək tərəf varsa, o da AŞPA-nın özü olacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm