Oqtay Əsədov AŞPA sədrini tənqid etdi
Bizi izləyin

Nida.az

Oqtay Əsədov AŞPA sədrini tənqid etdi

Oqtay Əsədov AŞPA sədrini tənqid etdi

“Demokratiya və qanunun aliliyi prinsipi ilə təşkilatımızı gücləndirə bilərik. Ona görə də AŞPA-nın Nazirlər Kabinetinə sədrlik edən ölkələr öz fəaliyyətlərində bu prinsipləri rəhbər tutmalı və islahatları gücləndirməlidir. Azərbaycanda toplaşma, ifadə azadlığı, məhkəmə müstəqilliyi sahəsində problemlər təcili həllini tapmalıdır”.

Publika.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında AŞPA sədri Anna Brassör deyib.

Onun sözlərinə görə, həbsdə olan İlqar Məmmədovla görüşməyə çalışacaq: “Etibarlı mənbələrdən aldığımız məlumata görə, jurnalistlər, bloggerlər təqiblərə məruz qalırlar. Bu da AŞ-yə üzv olan ölkələrdə narahatlıq doğurur. Dünən Prezident İlham Əliyevlə bu barədə danışmışam. İlqar Məmmədov və digər məhbus şəxsləri görmək istədim. Bu məsələni prezidentlə də müzakirə etdim. O, mənə bildirdi ki, yaxın zamanlarda onu görəcəm. Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı qərar çıxarıb. Hakimlər belə qərara gəliblər ki, onun azadlıqdan məhrum edilməsi barədə qərar ədalətsizdir. Ümid edirəm ki, bu, onun azadlığa buraxılmasına səbəb olacaq, hakimiyyət dairələri sadaladığım problemlərin həllinə çalışacaq”.

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov isə AŞPA sədrinin çıxışına hücumla başladığını deyib, bundan narazılığını bildirib: “Azərbaycan korrupsiyaya qarşı ciddi mübarizə aparır. Ümidvaram ki, AŞPA Azərbaycanda gedən islahatları dəstəkləyəcək”.

O. Əsədov həmçinin qeyd edib ki, Azərbaycanın AŞ Nazilər Komitəsinə sədrliyi dövründə Bakıda 18 tədbir keçiriləcək: “Azərbaycan Avropa dəyərlərinə sadiqliyini real addımlarla sübut edir. Zəruri islahatların aparılması üçün düşünülmüş tədbirlər görür. Azərbaycan AŞPA qarşısındakı öhdəliklərə daim hörmətlə yanaşıb”.
Spiker onu da vurğulayıb ki, AŞPA Ermənistanın təcavüzü, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və köçkün problemlərinə xüsusi diqqətlə yanaşmalıdır: “Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. ATƏT-in Minsk qrupunun fəaliyyəti 20 ildir nəticə verməyib. Ancaq Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilməyib. Buna görə də Ermənistan üzərindən işğal olunmuş torpaqlarımıza gedən şəxslər “persona non-qrata” elan edilib. Rene Rukeyə viza verilmədiyinə görə AŞPA Bürosu qərar verib ki, iki il ərzində AŞPA-nın komitələrinin Bakıda iclası keçirilməsin. Bu qərar hələ prosedur mərhələsindədir. Ümid edirəm ki, AŞPA Azərbaycanın prinsipial mövqeyini anlayışla qarşılayacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm