"Ağ Ev" Bakıya yeni səfir göndərə bilər
Bizi izləyin

Nida.az

"Ağ Ev" Bakıya yeni səfir göndərə bilər

Ağ Ev Bakıya yeni səfir göndərə bilər

“Səfirin məlum çıxışı faktiki olaraq səhv idi və yəqin ki, Ağ Evin də töhmətini alıb”.

Bu barədə sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında deyib

Sabiq dövlət müşaviri BakıVaşinqton münasibətlərinin soyumasına səbəb olan Morninqstarın geri çağırılması ehtimalını da istisna etməyib. Bildirib ki, bu, mövcud vəziyyətdə baş verməsə də, yaxın gələcəkdə mümkündür.

“Morninqstar aldığı təpkilərdən sonra mövqeyində üzrxahlıq edirmiş kimi dəyişiklik etdi. Ağ Ev də Bakının məzəmmətlərini qəbul edirmiş kimi görünür. Bizim əvvəldən əsas məsələmiz ABŞ-ın Dağlıq Qarabağ məsələsində ikili standartlardan yanaşmaması idi. Son vaxtlar ABŞ müəyyən qədər yumşalıb və mövqeyində korrektələr edib. Lakin bu, səfirin səhvindən sonra deyil, Minsk qrupunda amerikalı həmsədr Ceyms Uorlikin mənasız bəyanatlarından sonra oldu. ABŞ əvvəlkindən fərqli olaraq 7 rayonun işğal faktını tanıyır və azad edilməsinin vacibliyini vurğulayır. Eyni zamanda Rusiyanın daha çox istədiyi status-kvonun üzərindən sakitliklə keçir. Bu baxımdan münasibətlərin soyuq olaraq davam edəcəyi inandırıcı deyil”, deyə politoloq qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm