“Qarabağ münaqişəsi ABŞ-ın layihəsidir”
Bizi izləyin

Nida.az

“Qarabağ münaqişəsi ABŞ-ın layihəsidir”

“Qarabağ münaqişəsi ABŞ-ın layihəsidir”

“ABŞ, Rusiya və İran Qarabağ probleminin Ermənistanın xeyrinə həll edilməsinin tərəfdarıdırlar və çalışırlar ki, bunun hesabına o ölkənin ərazisi genişləndirilsin. Bütün uzatmalar, yubatmalar da ordan qaynaqlanır”.

Bu barədə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Publika.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hətta Rusiya məsələnin həllinə razılıq versə belə, ABŞ-ın buna maraq göstərəcəyinə əmin deyiləm: “Rusiya bir çox hallarda Ermənistana dəstəyini açıq formada göstərir. O biri ölkələrsə ikili mövqe sərgiləyirlər. Mahiyyətcə isə onların heç biri bu məsələdə Azərbaycanın xeyrinə hərəkət etmirlər. İranın da bu məsələdə ABŞ-ın razılığı ilə yer alması düşündürücüdür. İrana başqa ölkələrdə açıq iqtisadi fəaliyyət göstərməyə imkan vermirlər, amma bircə Ermənistana İran açıq formada iş qurub, açıq formada yardım edir. Bu təsadüfi məsələlər deyil. Əminəm ki, Qarabağa Rusiya və ABŞ-ın birgə layihəsi olaraq baxmaq lazımdır”.
Millət vəkili qeyd edib ki, Qarabağ problemin yaranması ilk dəfə ABŞ Senatında müzakirə edilib və Rusiyanın əli ilə həyata keçirilib.

“Bu bilavasitə Rusiya ilə ABŞ-ın birgə layihəsi olaraq düşünülüb. İndiyə qədər erməni diasporunun bu işdə fəaliyyəti, Minsk qrupunun həmsədrlərinin də Azərbaycana düşmən olan məhz bu üç ölkədən olması səbəbsiz deyil. ABŞ-ın marağı orda olan ermənilərin mövqeyini ifadə etməkdir. Bütün hallarda onların istədiyi Qarabağın Azərbaycandan ayrılması proyektinin təmin edilməsinə çalışırlar. Çünki ermənilərin təsir gücünü nəzərə alaraq onlara verilən vədlər var. Hətta ABŞ-ın dövlət katibi birbaşa ermənilərin ən yaxın müdafiəçilərindəndir. Onun dövlət katibi postuna gəlməsi üçün ermənilər kifayət qədər səylər göstəriblər, nəticə də ortadadır”-deyə F. Mustafa qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm