Əli Kərimlinin müavini Röya və Aygünə yardımdan danışdı
Bizi izləyin

Nida.az

Əli Kərimlinin müavini Röya və Aygünə yardımdan danışdı

Əli Kərimlinin müavini Röya və Aygünə yardımdan danışdı

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Azadlıq” qəzetinin maliyyə problemi yaşaması məsələsinə özünəməxsus formada münasibət bildirib.

Publika.Az xəbər verir ki, o, Röya və Aygün Kazımovanı da bu məsələyə bağlayıb.

F. Qəhrəmanlı “facebook” səhifəsində yazıb ki, Röya və Aygün kömək istəsə hər kəs onlara yardım edəcək.

“Təsəvvür edin, Röya və ya Aygün Kazımova çıxıb desə ki, 150 min manata “Maseratti” almaq üçün ona təcili pul lazımdır, imkanı olanlar yardım etsinlər, qısa zaman ərzində “əməli saleh”, “xeyriyyəçi”, “yardımsevər”lər sıraya düzülüb “xalq yolunda fədakarlıq” edib, bu “mühüm” məsələnin həllinə öz “müqəddəs” töhfələrini verərlər. Amma “Azadlıq” qəzetinin bağlanmaqla bağlı harayını həmişə meydanlarda olan insanlardan başqa kimsə eşitmir”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm