• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İsa Qəmbər yeni birlik yaratması xəbərindən danışdı

  • Nida.az
  • 23 May 2014 17:02
  • 325 Baxış
İsa Qəmbər yeni birlik yaratması xəbərindən danışdı

“Mətbuatda belə informasiyalar yayılır ki, biz yeni təşkilat yaradırıq. Birmənalı şəkildə deyə bilərəm ki, hələlik belə bir fikrimiz yoxdur”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin bu gün keçirdiyi “Qarabağ Böhran Masası” tədbirində çıxışı zamanı deyib.

Müsavat başqanı bildirib ki, keçirilən bu müzakirələr ölkə üçün vacib məsələdir: “Burda ziyalılar, jurnalistlər, siyasətçilər və ictimai xadimlər iştirak edir. Lakin bir yerə toplanmaq təşkilat yaratmaq deyil. Biz, sadəcə olaraq, vacib məsələlər ətrafında fikir mübadiləsi aparır və fikirlərimizi ictimaiyyətə çatdırırıq. Bundan öncəki tədbirimiz zamanı “Rusiya təhlükəsi”ni müzakirəyə çıxarmışdıq. Həmin müzakirələr həm ölkədə, həm də ölkə xaricində geniş rezonans doğurub”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR