Vəhhabinin cənazə namazı üstündə qarşıdurma yaşandı – FOTO
Bizi izləyin

Nida.az

Vəhhabinin cənazə namazı üstündə qarşıdurma yaşandı – FOTO

Vəhhabinin cənazə namazı üstündə qarşıdurma yaşandı

Azərbaycanın Şimal bölgəsində dindarlar arasında növbəti qarşıdurma yaşanıb. Bu dəfə səbəb cənazə namazıdır.

Yerli sakinlərin Publika.az-a verdiyi məlumata görə, sələfilərin radikal qolu olan xəvvaricilərdən olan Novruz (soyadını dəqiqləşdirə bilmədik-red) adlı Xaçmaz şəhər sakini mayın 16-da vəfat edib.

Onun cənazəsi torpağa tapşırılmaq üçün doğulduğu Nərəcan kəndinə aparılıb. Kənd dindarları ölünü torpağa tapşırmamışdan öncə, cənazə namazı qılmaq istəyiblər.

Lakin vəfat etmiş Novruzun yoldaşları buna imkan verməyiblər və “cənazə namazını biz Xaçmazda qalmışıq, sizin namazınız bizə lazım deyil” deyə bildiriblər. Bu isə kənddə qarşıdurma yaradıb.

Sakinlər qeyd edirlər ki, bölgədə dindarlar arasında qarşıdurma səngimək bilmir. Bu, müxtəlif formada özünü biruzə verir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm