• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Səttar Mehbalıyev yüksək vəzifəyə seçildi

  • Nida.az
  • 23 May 2014 18:17
  • 961 Baxış
Səttar Mehbalıyev yüksək vəzifəyə seçildi

Mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) üçüncü qurultayı keçirilib.

Publika.az AzərTAC-a istinadla xəbər verir ki, qurultayın açılış mərasimində BHİK-in prezidenti Jau Felisio, Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer, Birləşmiş Millətlər Təşkilatını təmsil edən BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark və başqaları çıxış ediblər. Qurultayda Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti də iştirak edib. Qurultayın yekununda 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər orqanları seçilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR